DİASPOR NAZİRİ DAK-ın PARÇALANMASINA BƏRAƏT QAZANDIRDI
Onun sözlərinə görə, bu tip hadisələr Moskvada bir neçə dəfə təkrarlanıb. Artıq baş verənlərlə bağlı komitənin Rusiyaya iki nümayəndəsi ezam olunub: “Rusiyadakı diasporlar bu işlə məşğuldur. Bundan əlavə, Dövlət Komitəsi Rusiyaya iki nümayəndə göndərib, onlar vəziyyəti araşdırırlar və məsələnin həlli istiqamətində müəyyən işlər görürlər. Vəziyyət artıq sabitləşib”. N.İbrahimov bildirdi ki, ehtiyac yaranarsa o, özü də Moskvaya gedib vəziyyətlə yerində maraqlana bilər.
Komitə sədri rəhbərlik etdiyi qurumun 2010-cu ildə gördüyü işlər barədə də məlumat verdi. O, dünya azərbaycanlılarının təşkilatlanması, xaricdə yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü, diasporların qarşılıqlı əlaqələrinin genişləndiyini vurğuladı: “Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması diqqət yetirdiyimiz əsas məsələlərdən olub”. N.İbrahimov 2011-ci il üçün nəzərdə tutulan işlərdən danışarkən bildirdi ki, komitə dünya azərbaycanlılarının üçüncü qurultayının keçirilməsini nəzərdə tutur: “Yəqin ki, yaxın günlərdə bununla bağlı dövlət başçısının xüsusi sərəncamı da olacaq. Biz qurultayın mart ayında keçirilməsini planlaşdırırıq. Yaxın zamanlarda bir sıra texniki detallar da müəyyənləşdiriləcək”.
N.İbrahimov son vaxtlar diasporumuzda gənclərin fəallaşdığını qeyd etdi. Komitə sədri misal kimi Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya-Azərbaycanlı Gənclər Təşkilatının, Tale Heydərovun rəhbərlik etdiyi Avropa-Azərbaycan Cəmiyyətinin fəaliyyətlərini göstərdi: “Bu təşkilatların fəaliyyəti bütün dünyadakı Azərbaycan gənclərinə örnək ola bilər”. İranda yaşayan azərbaycanlılarla bağlı iş aparılıb-aparılmaması, orada həbs olunan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımların atılmaması ilə bağlı jurnalistlərin suallarına N.İbrahimovun cavabı maraqlı oldu: “İranda heç bir iş aparmırıq. Hətta iş aparmaya-aparmaya bilirsiniz ki, İran dövləti bu işə çox diqqətlə yanaşır. Açığını deyim ki, bizim orada hər hansı iş aparmağımız mümkün də deyil. Onun üçün də bizim cənublu qardaşlarımızla olan bütün ünsiyyətlərimiz İrandan kənarda-Avropada, Amerikadadır”.
“Ermənilər beynəlxalq aləmdə soyqırım iddiaları ilə məhkəmələrə müraciət etməyə başlayıb. Biz niyə bu cür iddialarla çıxış etmirik?” Suala cavab verən N.İbrahimov bildirdi ki, məhkəmə iddiası üçün ilk növbədə çəkişmə predmeti müəyyənləşməlidir: “Hər hansı bir prosesdə bir dəfə uduzsaq, hesab edin ki, artıq o məsələdə uduzmuş oluruq”. Komitə sədrinin qənaətincə, proseslərə çox ciddi şəkildə yanaşmaq və uzun müddət hazırlıq görmək lazımdır. Dünya Azərbaycanlıları Konqresinin pərakəndə fəaliyyətinə nə vaxt son qoyulacağı ilə bağlı suala cavab verərkən N.İbrahimov bildirdi ki, birlik məsələsinə praktik yanaşmaq lazımdır: “Bir olub iş görməməkdənsə, bir-birinin əleyhinə gedib işi dağıtmaqdansa ayrı-ayrı fəaliyyət göstərmək daha yaxşıdır. Əgər DAK-da olan insanlar bir-biri ilə uzun illər konfliktdədirlərsə, hesab edirik ki, iki təşkilat olub Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində işlər görmələri dövlətin işinə daha çox yarayır, nəinki bir yerdə olub gecə-gündüz konfliktlərə vaxt ayırmaları”. Komitə sədri jurnalistlərin sualına cavab olaraq bildirdi ki, Türkiyə və Azərbaycan, ümumiyyətlə türkdilli dövlətlərin diaspor təşkilatlarının birləşdirilməsi istiqamətində gedən müzakirələri məqsədəuyğun hesab edir və bu istiqamətdə Azərbaycan tərəfindən çox addımlar atılıb: “Çox təəssüflər olsun ki, bizim üçün çox ümdə məsələlərdə bəzi dövlətlər bizi müdafiə etmirlər. Ona görə bir olub bir məsələdə müxtəlif fikirlərə sahib olmaqdansa hələlik onların fikirlərini bizim problemlərin üzərinə cəlb etmək istiqamətində fəaliyyət göstərməyi daha məqsədəuyğun hesab edirik”.
N.İbrahimov xaricdəki azərbaycanlı iş adamlarının diasporaya yardımlar etdiyini bildirdi. Dövlət olaraq bu kimi yardımlara o qədər ehtiyacın olmadığını deyən komitə sədri onların bu istiqamətdəki fəaliyyətlərindən narazılığını da gizlətmədi: “Bu gün azərbaycanlı olan çox böyük iş adamları var, amma onların diasporaya töhvələri çox aşağı səviyyədədir”.