İnsanlara hürriyət, millətlərə istiqlal!

"Diadem" tikinti şirkəti cərimələnib

328 08.11.2019 17:58 Son xəbər A A

Maliyyə Bazarlarına Nəzarət Palatası "Diadem" MMC-nin inzibati qaydada cərimələnməsi barədə iki protokol tərtib edib.

"Report"un xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi yazılan protokollara əsasən, Sumqayıt Şəhər Məhkəməsi qərarlar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qərarlarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilib

Qeyd edək ki, "Diadem" MMC tikinti şirkətidir və bir çox böyük məbləğli tenderlərin qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR