İnsanlara hürriyət, millətlərə istiqlal!

Di Kaprio Klintonun seçki kampaniyası üçün vəsait toplanışı təşkil edəcək

523 02.08.2016 10:51 Dünya A A
Amerikalı aktyor Leonardo Di Kaprio Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd olan Hillari Klintonun seçkiqabağı kampaniyası üçün vəsait toplanışı məqsədilə tədbir (fandreyzinq) təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Variety" yazıb.

Məlumata görə, "Hillari ilə söhbət" adlı tədbir avqustun 23-də aktyorun Los-Ancelesdə yerləşən malikanəsində keçiriləcək. Tədbirə giriş biletinin qiyməti 33,4 min dollar olacaq.
Toplanan vəsait seçki kampaniyasına xərclənəcək və Demokratlar Partiyasının Milli Komitəsinin hesabına köçürüləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR