İnsanlara hürriyət, millətlərə istiqlal!

DGK sədri: "Tamahı üstün gələn əməkdaşlar aramızdan çox pis şəkildə gedəcək"

Daha öncə də xəbər verdiyimiz kimi bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasından 27 il ötür. Musavat.com xəbər verir ki, gömrük əməkdaşları ilk olaraq Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları önünə əklil qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.

Tədbir Dövlət Gömrük Komitəsinin inzibati binasında davam edib. Komitədə keçirilən tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki,2018-ci il islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək:

“Belə ki, ötən il gömrük sisteminin strukturu yeniləndi. Polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçildi. Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar artıq ortadan qaldırıldı. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirildi.  Ötən il büdcəyə 1 milyard vəsait köçürülüb. 1 ton 200 kq olan narkotikin aşkarlanması qaçaqmalçılıq sahəsində ən böyük uğurlarımızdan biridir. Xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Gömrük əməkdaşlarının bəziləri ötən il cinayət məsuliyyətinə cəlb edildi. Onlar iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addınlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özüdə çox pis şəkildə gedəcək. Sahiblarlara da müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər keçiriləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq”.

Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR