İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəyişikliyim inqilab oldu" - Lalə tənqidlərdən danışdı

1540 26.06.2021 22:04 Şou-biznes A A

Əməkdar artist Lalə Məmmədova "Özəl" proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, müğənni son günlər görünüşündə etdiyi dəyişiklikdən danışıb. O, yeni imicinin tənqid edilməsinə münasibət bildirib:

"Dəyişməyim Elnur Həsənovun ideyası idi. Sənətçi üçün yanındakı insan böyük bir uğurdur. Dəyişikliyi insan daxilən hiss etməlidir. Bu tərzi rahatlıqla qəbul etdim. İçimdəki Lalə idi. Böyük bir inqilab oldu. Ətrafımdakılar deyirdi ki, əvvəlki Laləni istəyirik. Mənə bu cür rahatdır. Şou-biznesə addım atandan böyük oxşarlıq problemi yaşayan sənətçi üçün dəyişiklik inqilab oldu. Yalnız bəyənilmək üçün tərzimi dəyişmirəm. 10 il əvvəlki kimi düşünmürük. Tərz baxımından öyrəşmişik ki, qadınlarımız qəmli mahnı oxuyanda belə qlamur obrazda olsun. Mən isə bunu dəyişdim".

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR