İnsanlara hürriyət, millətlərə istiqlal!

Deyirsiz, sərhədlər bağlıdır? 30 min avro verin, təyyarə sizi...

6115 01.07.2020 01:30 Yazarlar A A

Koronavirus pandemiyasın səbəbindən dünya ölkələrinin sərhədlərini beynəlxalq uçuşlara bağlaması yüz minlərlə insana ciddi problem yaradıb. Hələ də bir çox adamlar bir ölkədən öz vətəninə qayıtmaq üçün gözü göylərdə qalıb. Elə bu sırada azərbaycanlılar da istisna deyil. Hələ də bir çox vətəndaşlarımız sərhəd qapılarında qalıb, bəziləri isə daha uzaqlarda onların arxasınca haçansa gələcək “ağ simurq quşunu”-təyyarəni gözləyir.

Pandemiya varlıları da ciddi sınağa çəkib. Bir çox imkanlı adamlar yay fəsli başlayanda Avropa turnesinə çıxar, oradan Havay adalarına keçər, orada Allah bilir, hara üz tutardılar...İndi isə varlılar(bir az imkanlılar da) kasıb camaatın hasarlanmış dənizinə möhtac qalıb. Şəhərin karantinində sıxılırlar, “axı, bizim burada nə işimiz vardı” deyib, cəmi bir il əvvəlki xoş istirahət günlərinin xiffətini çəkirlər. Heç artıq bəzi görm(əmiş)üş adamlara Antalya istirahəti belə yuxu kimi gəlir...

Rusiya oliqarxlarının bizim varlılardan daha ürəkli pul xərcləyən olduqları haqda deyilirdi, indi buyurun, müqayisə edək. Azərbaycan indi hansı varlı Kiprə 30 min avroya uçar? Londona, Cevrəyə getmək üçün 18 min avro vermək istəyən varmı? Amma tələsməyin, çünki ölkədən çıxmaq üçün 10-15 nəfərlik “marşrutka” JET-lər də var. Onlarla da “atışıb” getmək mümkündür. Amma bu heç də o demək deyil ki, pulun varsa, uça biləcəksən. Yox, hələ beynəlxalq icazə almaq üçün pul azdır, yəni pul az deyil, şərtlər var. Nədir o şərtlər?

Məsələn, beynəlxalq uçuş trafikinin dayandırılması xaricdə əmlak sahibi olan varlı ruslar üçün ciddi problemə çevrilmədi. Yeganə çıxış yolu biznes təyyarələrini icarəyə götürmək idi. “Forbes”in mütəxəssislərin fikrincə, xaricdə evlərinə və mənzillərinə qayıtmaq istəyənlərin, təcili tibbi yardıma ehtiyacı olanların uçuş icazəsi almaq daha asandır. Yəni ilkin şərt aydındır: mənim xaricdə əmlakın varım, gedim görüm dağılmayıb ki, qapısın qırmayıblar ki... və sairə.

Xaricdə əmlakdan əlavə, sənin getmək istədiyin ölkənin vətəndaşı da olmalısan. Zatən, varlıların bir çoxunun ikili vətəndaşlığı var. Yəni bu şərt səni “ikinci vətəninə” uçuş icazəsi almaq üçün üstünlükdür. Diplomatlar da asanlıqla icazə alırlar. Bu vətəndaşlıq və əmlak məsələsi kommersiya uçuşlarına icazə verən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tələbləri sırasında var.

Лучшие бизнес-джеты мира

İndi Rusiya sərhədlərini təyyarə ilə tərk etmək zərurəti yarananda nə etməlidirlər. Pul var? Var. İkinci vətəndaşlıq var? Var. O zaman uçuşu əlaqələndirmək üçün icarəyə götürülmüş JET-in məxsus olduğu aviaşirkət əvvəlcə RusAero Mülki Aviasiya İdarəetmə Mərkəzinə müraciət göndərməlidir, sonra Federal Hava Nəqliyyatı Agentliyi dövriyyəyə girir. Onlar üçüşa qarşı deyirlərsə, bu dəfə...Rusiya baş nazirinin müavini Tatyana Qolikovanın rəhbərlik etdiyi koronavirus idarəetmə mərkəzinə məktub göndərilir.Qərargah uçuşun məqsədini öyrəndikdən sonra icazə verilir. Rusiyanın JETVİP şirkətinin sahibi Alexander Ositin sözlərinə görə, icazə yola düşmədən bir neçə saat əvvəl verilir. O deyib ki, sifarişlər olduqca çoxdur.

Bildirilir ki, xaricdə təcili müalicə üçün icazə müraciətlərinin yalnız 30 faizinə imtina cavabı verilir. İşgüzar səfərlərə gəldikdə, burada icazə almaq şansı 50 -50-yədir.

Pandemiya zamanı 10-15 nəfər üçün nəzərdə tutulan təyyarələr də "mikroavtobus tipinə görə" populyarlıq qazanmağa başlayıb. "Vedomosti" qəzetinin yazdığına görə, xaricə "gizli" uçuşların "Aeroflot” şırkəti tərəfindən edildiyini deyilir.

Nəqliyyat Nazirliyindən isə “Aeroflot”un yalnız Rusiyadan başqa bir ölkənin vətəndaşlığı olan şəxslərin daşınmasını həyata keçirdiyini iddia edir, "heç kim bizimkiləri aparmır" bildirir.

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR