İnsanlara hürriyət, millətlərə istiqlal!

"Deyib ki, gərək bu həyasızlara ev satmazdıq"- bələdiyyə sədrinin müavini olmuş şəxsin məhkəməsi

1816 23.11.2019 16:48 Kriminal A A

Bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Elmira Şirinova və 1985-ci il təvəllüdlü Samir Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslər ifadə veriblər. Onlar mərhum Elmira Şirinov ilə yanaşı hazırda həbsdə olan Samir Quliyevdən də şikayətçi olduqlarını deyirlər. Bildirirlər ki, Elmira Şirinovanın dələduzluq əməllərindən Samirin də xəbəri olub.

Samir Quliyev isə bununla razılaşmır.

Sonuncu məhkəmə iclasında Elmira Şirinovanın mühasibi olmuş Fatma A. ifadə verib.

Məhkəmənin və zərərçəkmişlərin suallarını cavablandıran mühasib bildirib ki, Elmira Şirinovanın qanunsuz əməllərindən xəbəri olmayıb.

bələdiyyə sədrinin müavini olmuş ile ilgili görsel sonucu

Amma bu sözlər nə məhkəməyə, nə də zərərçəkmişlərə inandırıcı gəlib. Çünki rəsmi sənədlərlə də sübut olunur ki, mühasib Elmira Şirinovanın göstərişi ilə alqı-satqı müqavilələrini hazırlayıb, mənzil alan şəxslərdən nağd pulu qəbul edib.

Hakim şahid kimi dindirilən mühasibə xatırlatma edib ki, mühasibin mənzil alan şəxsin ödənişini almaq ixtiyarı yoxdur və pulunu yalnız kassir qəbul edə bilər. Çünki mühasib maddi-məsul şəxs deyil. Mühasib isə deyib ki, Elmira Şirinova işə kassir göstərmədiyi üçün bu işi də ona gördürüb. Onun sözlərinə görə, müştərilərin ödənişini həmişə Elmira Şirinova və Samir qəbul edib.

Zərərçəkmiş Leyla İsgəndərli də mühasibin yalan danışdığını deyib. Leyla İsgəndərli bildirib ki, onlar ev almağa gedərkən mühasib Fatma da orda olub və hər işdən xəbərdar imiş.

"Elmira ilə birlikdə Fatma da orda idi. Bütün olanlardan da xəbəri var idi. Sonuncu dəfə biz şikayətə getmişdik. Çünki bizə satılan ev başqasının evi idi və sonradan bu məsələ həll olundu. Mən çıxanda telefonu orada qoyub, səs yazısını açmışdı. Səs yazısı var, orda bizim arxamızca deyib ki, Elmira xanım, gərək bu həyasızlara ev satmazdıq, çünki bu işin üstü açılsa problem olacaq. Yəni, dediklərindən başa düşdüm ki, bu işin dələduzluq olduğunu bilirdi"- deyə zərərçəkmiş qeyd edib.

məhkəmə ile ilgili görsel sonucu

Samir Quliyevin vəkili Vasif İsrafilov mühasib Fatmaya sual verərək keçmiş müdiri Elmira Şirinova barəsindəki əvvəlki cinayətləri soruşub.

Mühasib də təsdiqləyib ki, Elmira Şirinovaya qarşı daha əvvəl iki dəfə cinayət işi açılıb. Mühasib deyib ki, Elmira Şirinova bir dəfə əlavə dəyər vergisini ödəmədiyi üçün, bir dəfə də dələduzluqda ittiham edilərək barəsində cinayət işi açılıb

Mühasibin dediyinə görə, həmin ərəfədə Elmira Şirinovanın vergiyə 100 min manata qədər borcu olub.

Samir Quliyevin vəkili Vasif İsrafilov bildirib ki, bu iş üzrə cinayət işi açılan zaman Samirə əvvəlcə saxta sənəd hazırlama və saxta sənəd hazırlamağa görə məsləhət vermə ittihamı irəli sürüblər və onu həbs ediblər.

Müdafiəçi deyib ki, Samir həbs ediləndən sonra ona qarşı dələduzluq ittihamı ilə də ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, Samirə 4 epizod üzrə ittiham irəli sürülüb, amma bunu sübut edən faktlar olmayıb: "Elmira Şirinova mənzilləri özü satıb. Bunu mətbuata verdiyi videomüsahibəsində də təsdiqləyib. Elmira Şirinova əvvəlcə istintaqda Samirlə əlbir olduğunu deyib. Amma daha sonra istintaq orqanına ərizə ilə müraciət edərək bunun həqiqət olmadığını biıdirib. Elmira Şirinova Samirə qarşı qərəzli olduğu üçün onun haqqında belə bir ifadə işlədib.

Daha sonra isə istintaqdan Elmira Şirinovadan Samirə qarşı daha bir qərəzli ifadə alıblar. Guya Samir Elmira Şirinovadan məhkəməyə rüşvət kimi vermək üçün 30 min manat alıb. Amma rüşvətin kimə, nə vaxt verdiyini sübut edən heç bir fakt yoxdur. Sadəcə zərərçəkənləri sakitləşdirmək üçün belə bir addım atılıb və Samir həbs edilib. Halbuki MTK-da ev alqı-satqını mərhum Elmira Şirinovanın nəvəsi Fatma və Ağa həyata keçirirdi. Onlar kənarda qalıb, amma Samir saxlanılıb".

0 min manat alıb. ile ilgili görsel sonucu

Zərərçəkənlər vəkilin dedikləri ilə razılaşmayıb və bu işdə Samir Quliyevin günahkar olduğunu, alqı-satqı zamanı pul aldığını deyiblər.

Bildirək ki, Elmira Şirinova ''Bulaq-2'' Mənzil Tikinti Kooperativinin rəhbəri olub. MTK Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxmərtəbəli bina inşa etdirib.

O, 2015-ci ildə təhvil verilməli olduğu binanı vaxtında inşa etməyib. Bundan əlavə isə mənzilləri 2-3 nəfərə satıb.

Elmira Şirinovanın əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Onunla əlbir olmaqda suçlanan Samir Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Məlumat üçün bildirək ki, Samir Quliyev mərhum Elmira Şirinovanın nəvəsinin keçmiş həyat yoldaşıdır. Samir Quliyev bir neçə ay MTK-da Elmira Şirinova ilə çalışıb. Mənzil satışında baş verən problemlərdən sonra Samir Quliyev Elmira Şirinova ilə işinə son qoyub. Həmçinin 2014-cü ildə isə E.Şirinovanın nəvəsindən boşanıb. MTK-dakı fırıldaqlarla vağlı məlumatlar isə 2015-ci ildən mətbuatda dərc edilir.

Elmira Şirinova bir mənzili 2-3 nəfərə satdığını mətbuata videomüsahibəsində etiraf edib və problemi qısa zamanda həll edəcəyibi deyib. Amma vədlərinə əməl etməyib.

Qeyd edək ki, Samir Quliyev həmçinin Binəqədi bələdiyyəsinin sədrinin müavini olub.

Bu öz üzrə ümumi 27 nəfər zərərçəkmiş şəxs var. Samir Quliyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR