DEVAMM “FATİMƏYI-ZƏHRA (S.Ə.)” MƏSCİDİ İLƏ BAĞLI ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİ
DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bu müraciətdə, Ali Məhkəmənin işə baxacaq heyətinə, məscidin sökülməsi ilə bağlı qərarın ləğv edilməsi xahişi ünvanlanır: Məscid söküntüsünün milli-mənəvi və ümumbəşəri dəyərlərə vurduğu zərbələr barədə kifayət qədər deyilib. Sözügedən məscidin bütün sənədlərinin də qaydasında olması haqqında ətraflı danışılıb. Eyni zamanda, inanc insanlarını sarsıtmaq baxımından, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların pozulması mövzusu ətrafında da xeyli müzakirələr olunub. Sözsüz ki, Sizlər yüksək səviyyəli hüquqşünas və ziyalılıq statusuna aid insanlar kimi, bu fəsadları bilir və bu fikirləri bölüşürsünüz.
İntiharların, boşanmaların, psixoloji depressiyaların həndəsi silsilə ilə artdığı bir şəraitdə, torpaqlarımızın düşmən tapdağı altında olduğu bir vəziyyətdə inanc simvolu, İlahi dəyərlərə sayğılıq rəmzi olan bir müqəddəs məkanın “yarımçıq tikili”, “qeyri-qanuni tikili” kimi anlaşılmaz epitetlərlə adlandırıb, Allah evlərinin dağıdılmasına rəvac vermək ”“ sözsüz ki, dövlətçilik təfəkkürü ilə yaşayan hər bir azərbaycanlını narahat etməyə bilməz. Sizlərin bu təfəkkür daşıyıcısı və Azərbaycanımızın vətənpərvərləri olmasına əminlik ifadə edərək, bu məsələdə yeni bir şanlı səhifə yazmaq çağırışı ilə Sizə müraciət edirik. Bu qərarınızdan asılı olaraq, Vətənimizin “məscid sökülən diyar” və ya “inanca ehtiram qoyan məmləkət” kimi məşhur olmasının vektoru müəyyən ediləcək. İnanırıq ki, Sizlər öz qərarınızla, dövlətçilik və müdriklik yanaşmanızla Azərbaycanın, hər bir vətəndaşın hüququna və dünyagörüşünə hörmət bəslənən, həqiqi tərəqqiyə dogru irəliləyən bir məmləkət olmasına öz böyük töhfənizi verəcəksiniz. Bununla da məscid sökməyə rəvac verə bilən hər hansı addımın atılmasını mümkünsüz edəcəksiniz.