Naftalanda maşın dərəyə aşıb.
ARB 24 xəbər verir ki, hadisə rayonun Qaşaltı kəndi ərazisində baş verib.
Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. “BMV” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Tapqaraqoyunlu kənd sakinləri İsmayıl Mehrabov, Nadir İsmayılov, Sərxan və Səxavət Əmirovlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Yaralılardan İsmayıl Mehrabovun vəziyyətinin ağır olduğu bildirilir.






