Deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir.
Musavat.com-un məlumatına görə, deputatlığa namizəd özünün facebook səhifəsində yazıb ki, bu dəfə Tovuzda ön cəbhədə yerləşən, 46 şəhid vermiş Əlibəyli kəndində sakinləri ziyarət edib: "Tovuzda ön cəbhədə yerləşən, 46 şəhid vermiş əziz və qəhrəman Əlibəyli kəndimizi qarış-qarış gəzməyə davam edirik. Sakinlərimizlə, dəyərli seçicilərimizlə görüşüb, maraqlı fikir mübadiləsi apardıq. Onların qayğılarını dinlədik. Onların dəstəyini bir daha hiss etmək çox fərqli bir duyğudur. İnşallah bundan sonra da onları layiq olduqları şəkildə təmsil etmək üçün var gücümlə çalışacağam. Hər biriniz mənim üçün çox dəyərlisiniz. Dəstəyiniz və gözəl söhbətlər üçün təşəkkür edirəm, əziz Əlibəyli sakinləri! Hər zaman yanınızdayıq. Allah hər birinizi qorusun!"
Musavat.com






