İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlarla jurnalistlərin oyunu AFFA-ya həvalə olundu - Heyətlər açıqlandı

984 22.12.2017 16:43 İdman A A

Bu gün - dekabrın 22-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu oyun ölkə başçısının ad günü ərəfəsində keçirilir:

“Cənab Prezident bu günə kimi bütün ad günlərini cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”


Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Modern.az-a açıqlamasında bildirib ki, oyunu AFFA-nın hakimi idarə edəcək.

PJB sədri oyunda iştirak edən komandaların ilkin heyətlərini də açıqlayıb.

“Bizim ehtiyatda sürpriz oyunçularımız var. İnanırıq ki, qələbə qazanacağıq”,-deyə PJB sədri bildirib.

 Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışının ilkin heyəti aşağıdakı kimidir:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR