İnsanlara hürriyət, millətlərə istiqlal!

DEPUTATLAR OSMAN KAZIMOVUN MÜDAFİƏSİNƏ QALXDILAR

2245 09.02.2011 09:16 Ölkə A A

Fazil MustafaMən də buna etirazımı bildirirəm. Ölkənin bu günündə, xüsusi ilə Avropa Şurasının siyasi motivli ittihamları olduğu vaxtda belə addım atılması tamamilə yanlışdır. Məncə, Vəkillər Kollegiyasının rəhbərliyi bu məsələdə çox ciddi səhvə yol verib. Bir peşəkar, savadlı hüquqşünas kimi Osman Kazımovu müdafiə edirəm. Hesab edirəm ki, yol verilən səhv düzəldilməlidir. Doğrudanmı bu ölkədə kimsə siyasi baxışına görə vəkillik fəaliyyəti ilə də məşğul olmamalıdır? Bu, Azərbaycan haqqında çox pis imic yaradır. Motiv nə olmasından asılı olmayaraq, bu yanlış addımın düzəldilməsi istiqamətində mən də əlimdən gələni edəcəm”.
Çingiz QənizadəDeputat, hüquq müdafiəçisi Çingiz Qənizadə də O.Kazımovun VK-dan çıxarılmasından narahatlığını və buna etirazını bildirdi: “Bu, yolverilməz haldır. Cəmiyyətdə bir hüquqşünasın yetişməsi üçün uzun illər tələb olunur. Osman Kazımov peşəkar, obyektiv, ədalətli bir vəkildir. Onun siyasi baxışları, hansısa partiyada təmsil olunması vəkil fəaliyyətinə heç bir qadağa qoymur. Məsələdə siyasi çalarlar varsa, bunu da pisləyirəm. Amma buna o qədər də inanmıram. Çünki məncə, burada Osman Kazımovun məhkəmə prosesi zamanı prinsipial, ədalətli mövqedə dayanması kimlərisə qane etmir. Osman Kazımovun vəkillikdən uzaqlaşdırılması üçün şikayət edilən işin məhkəmədən geri qaytarılması faktı da belə düşünməyə əsas verir. Məhkəmədən işin geri qaytarılması onu göstərir ki, istintaq zamanı Osman Kazımov ədalətli mövqedə olub və bu, hələ o zaman prokurorluğu narahat edirmiş. Əslində, bu işin məhkəmədən geri qaytarılması Osman Kazımova bəraətidir. Mən problemin obyektiv həlli üçün əlimdən gələni edəcəm və Osman Kazımovu dəstəkləyəcəm”.
Qeyd edək ki, dünən Osman Kazımovun vəkillikdən uzaqlaşdırılmasına səbəb olmuş cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə vəkil Yavər Hüseyn məlumat verdi. Vəkil qeyd etdi ki, həmin işdə Osman Kazımov Nemət Abdullayevin müdafiəçisidir: “Mən isə o işdə Samirə Əzimova adlı şəxsin vəkiliyəm. Nəzərə çatdırım ki, həmin cinayət işi obyektiv araşdırılmadığından Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən geri qaytarılıb. Hakim işin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar verib. Prokurorluq isə həmin qərardan protest verib. Apelyasiya Məhkəməsi də həmin protesti qanunsuz olaraq icraata qəbul edib və təmin edib. Biz bu qərardan Ali Məhkəməyə şikayət etmişdik. Bu gün (dünən-red.) həmin iş üzrə məhkəmə iclasında Natiq Abdullayev Osman Kazımovdan başqa heç bir müdafiəçinin vəkilliyini istəmədi. Məhkəməyə bu barədə yazılı müraciət etdi. Çünki Osman Kazımov ibtidai istintaqda onun başına gətirilən oyunların yeganə şahididir. Məhz istintaq zamanı Osman Kazımov onun ifadəsinin saxtalaşdırıldığını görərək protokola imza atmamışdı”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR