İnsanlara hürriyət, millətlərə istiqlal!

DEPUTATLAR MANDATLARINI ALDILAR

1849 08.12.2010 09:10 Gündəm A A
MSK sədri M.Pənahov isə deyib ki, seçkilər qanunvericiliyə uyğun olaraq tam şəffaf və azad keçirilib.
Mandatları deputatlara MSK sədri təqdim edib. Ilk mandatı O.Əsədov alıb. Spikerin ardınca, onun müavinlərinə də mandat verilib. Daha sonra hər bir seçki dairəsi üzrə yeni seçilmiş deputatlar mandat alıb. Parlamentin işində iştirak etməyən deputatların mandatını isə MSK sədri özündə saxlayıb.
Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsi olub. Gündəliyə parlament komitələrinin tərkibinin müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri və ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının formalaşdırılması, deputatlara mandatların verilməsi məsələləri daxil idi. Modern.az-ın xəbər verdiyinə görə, Milli Məclisin qərarı ilə komitə sədrlərinin müavinləri seçilib. Yalnız bir komitədə sədr müavini dəyişib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun müavini yenidən Rövşən Rzayev olacaq. Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun müavini Aydın Mirzəzadə də yerində qalıb.İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin müavini ötən çağırışdakı kimi Çingiz Əsədullayev olacaq. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun müavini yenə Elton Məmmədovdur. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun müavini də önən çağırışdakı deputatdır - Eldar Quliyev. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə yenə Musa Quliyev müavinlik edəcək. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin müavini deputat Fəttah Heydərov seçilib. F.Heydərov ötən çağırışda da bu vəzifəni tuturdu. Elm və təhsil komitəsinin sədri Şəmsədddin Hacıyevin müavini yenə Bəxtiyar Əliyevdir. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun müavini Rafael Hüseynov olacaq. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun müavini isə dəyişib. Bu vəzifəyə Milli Məclisin yeni deputatı Sevinc Fətəliyeva seçilib. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın müavini də əvvəlki deputatdır - Yevda Abramov.
Parlamentin İntizam Komissiyasına isə yeni sədr seçilib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov İntizam komitəsinin yeni sədri olub.
Xatırladaq ki, üçüncü çağırış Milli Məclisdə İntizam komitəsinə YAP-çı deputat Ağacan Abiyev rəhbərlik edib. Onun sədrlikdən uzaqlaşdırılmasının səbəbi isə açıqlanmayıb.
122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisin deputatı Flora Qasımova seçicilərinin 48 rayonda məskunlaşmasından danışıb. Bildirib ki, Xankəndindən olan insanlar üçün ən böyük problem doğma yurdlarına qayıda bilməməkdir. Onun sözlərinə görə, ölkənin müxtəlif yaşayış məntəqələrinə səpələnən Xankəndi sakinləri sosial çətinliklərdən, məişət problemlərindən də əziyyət çəkirlər.
Deputat keçmiş Ağdərə rayonunun statusunun bərpasına tərəfdar olduğunu da vurğulayıb. F.Qasımova müharibənin ağrı-acısını yaşamış insan kimi işğal altında olan torpaqlarımızın sülh yolu ilə qaytarılmasını arzuladığını qeyd edib.
Qeyd edək ki, Milli Məclisin dünənki iclası Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Parlamentinin yarandığı günə təsadüf edib. Belə ki, 1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni - Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah yıxsın - siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir... Bir dəfə yüksələn bayraq bir daha enməz!"
“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR