İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın “kazino açılsın” skandalı: Həsənquliyevin müavini ilə partiya sədrinin dartışması - CANLI

912 20.12.2021 16:20 Gündəm A A

Qarabağda və Zəngəzurda kazinoların açılması təklif edilir. Bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kazinolar fəaliyyət göstərirlər: “Ancaq ölkəmizdə kazinolar fəaliyyət göstərmir, yoxdur. Hesab edirəm ki, Qarabağda və Zəngəzurda kazinoların açılmasına icazə verilməlidir”.

Onun bu fikri birmənalı qarşılanmayıb və mübahisələrə səbəb olub. Əslində qonşu Gürcüstan Batumi və Tiflis kimi şəhərlərində kazino biznesindən böyük gəlir əldə edir.

Azərbaycanda da zaman-zaman turizm sektorunun inkişafı üçün bu cür təkliflər irəli sürülüb. Lakin 1998-ci ildən ölkədə kazino və qumarxanaların fəaliyyəti qadağan edilib.

Üstəlik, deputatın təklifinin etirazla qarşılanmasına səbəb Qarabağ ərazisində bu obyektlərin açılmasını dilə gətirməsidir. İnsanlar şəhid qanı ilə suvarılan bu torpaqlarda kazino açılmasını düzgün saymırlar.

Bu gün TVMusavat-ın saat 16:10-da canlı yayımında “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlunun moderatorluğu ilə bu təklifi irəli sürmüş deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında müavin postunu tutan Niyaməddin Orduxanlı ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu fikir dartışması aparacaqlar.

Eyni zamanda Avroviziyanın uşaqlar üçün olan yarışmasında birinci yeri tutan erməni ifaçını azərbaycanlı iştirakçı Sonanın qucaqlayıb təbrik etməsi, regiondakı son hadisələr, 10 erməni hərbçinin qaytarılması müzakirə masamızda var. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR