İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan etiraz: “18 oktyabrın peşə bayramı səviyyəsində qeyd edilməsi düzgün deyil”

702 29.10.2021 14:47 Gündəm A A

Deputat Əli Məsimli Milli Məclisin plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə geniş çıxış etdi.

Deputat bildirdi ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə təqdim olunan qanun layihəsi “Müstəqillik Günü haqqında” 2021-ci il 15 oktyabr tarixli qanuna uyğunlaşdırma xarakteri daşıyır: “Oktyabrın əvvəllərində Müstəqillik Günü haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılanda cəmiyyət bu məsələnin siyasi, ictimai çəkisinə və həssaslıq səviyyəsinə adekvat dərəcədə reaksiya verdi və geniş miqyaslı ictimai müzakirə keçirildi. Ona görə də Müstəqillik Günü haqqında qanun layihəsi barədə çıxışımzda ictimai müzakirədən çıxan optimal variant hesab etdiyimiz məqamlar və cəmiyyətin gözlıntilərinə istinad edərək iki məsələ qaldırdıq: Birincisi, İstiqlal bəyannaməsi, Cümhuriyyət qurucularının, qurucu babalarımızın fikirlərinə və ictimai rəydəkı rasional məqamları əsas götürərək İstiqlal və Cümhuriyyət sözləri tətbiq olunarkən bir-birinə qarşı qoyulmamalı, əksinə, İstiqlal sözü öndə olmaqla, bir-birini tamamlayan variantda işlədilməlidir. İkincisi, Əmək Məcəlləsinin bayram günlərinə həsr olunmuş 105-ci maddəsinə görə, 28 May qeyri-iş günü, 18 Oktyabr isə iş günü kimi qeyd olunur. Bu bayramların arasına fərq qoyulmasını, 28 Mayı dövlət bayramı, 18 Oktyabrı isə peşə bayramı səviyyəsində qeyd edilməsini düzgün hesab etmirik. 18 oktyabrı hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı Fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. 18 oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik. Lakin təqdim olunan bu layihədə cəmiyyətin gözləntiləri öz əksini tapmayıb”.

Ə.Məsimli ardınca qeyd etdi ki, ona görə də sözügedən layihə ilə bağlı bir neçə sual ortaya çıxır: “Birincisi, 18 Oktyabra dövlətçilik mənafeləri baxımından münasibətin mükəmməl ifadəsi olan xüsusi Prezident Fərmanı var. Həmin Fərmanda Azərbaycanın həyatında əlamətdar gün olan 18 Oktyabra yanaşmanın hüquqi əsasını belə ifadə edir: 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram: 18 oktyabr-Dövlət müstəqilliyi günü hər il Azərbaycan Respublikasının Dövlət bayramı kimi qeyd edilsin.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev. Bakı şəhəri, 15 oktyabr 1994-cü il. № 223.

Bu layihə hazırlanada niyə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü hər il Azərbaycan Respublikasının Dövlət bayramı kimi qeyd edilməsi kimi vacib məqam nəzərə alnmayb və 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü peşə bayramı səviyyəsində saxlanılır. İkincisi, niyə bu layihədə 18 oktyabr-Dövlət Müstəqilliyinin Bərpası Gününün qeyri-iş günü olmaqla dövlət bayramı səviyyəsinə qeyd edilməsi ilə bağlı cəmiyyətin gözələntiləri nəzərə alınmayıb? Üçüncüsü, bu layıhədə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə Milli Məcisdə təmsil olunan, eləcə də son vaxtlar aktiv dialoq tərəfdarları kimi çıxış edən, ümummilli məsələrə münasibtdə birgə bəyanatlarla çıxış edən partiyaların rəyi nə dərəcədə nəzərə alınıb?”

Ə.Məsimli iqtidar-müxalifət münasibətlərinə də toxundu: “Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Milli Məclisin komitə sədrləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, hərbi, siyasi ekspertlər, QHT rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirakı ilə “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyəti və bu Zəfərin əldə olunmasında milli birliyin və həmrəyliyin rolu xüsusi vurğulandı.Faydalı müzakirələrin aparıldığını və səsləndirilən təkliflərin diqqət mərkəzində saxlanılacağı bildirildi. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərt adlandrldı. Siyasi münasibətlərin və dialoqun inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüldü.Dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək mümkün olmadığı bildirildi. Diqqət mərkəzində saxlanılması vacib olan məsələrdən biri də “Müstəqilliyimizin 30 ili:Milli həmrəylik,dialoq,inteqrasiya” mövzusunda tədbirlərin keçirilməsinə və həmin tədbirlərdə 18 oktyabr Müstəqilliyimizin Bərpası Gününə münasibət ətrafında vahid yanaşmanın formalaşdırılmasıdır. Bu deyilənlərə əsaslanaraq Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə təqdim olunan qanun layihənin bu gün yox, qaldırılan suallara aydınlıq gətirildikdən sonra qəbul edilməsi daha məqsədəuyğun olardı. Əgər 18 oktyabr-Dövlət Müstəqilliyinin Bərpası Günü qeyri iş günü kimi bayram edilməsi qeyri iş günlərinin sayını artırırsa,onda say artımına getmədən Novruz Bayramındakı 5 qeyri-iş gününün birini 18 oktyabra keçirmək olar”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR