İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Yeni iş yerlərinin 93 faizindən çoxu özəl sektor tərəfindən yaradılıb"  

283 20.11.2023 11:52 Siyasət A A

 

"Azərbaycanda son 9 ay ərzində açılan yeni iş yerlərinin 93 faizindən çoxu özəl sektor tərəfindən yaradılıb. Özəl bölmənin ümumi daxili məhsulda payı 86,5 faiz, məşğulluqda payı isə 78 faizdən çoxdur".

Musavat.com bildirir ki, bu barədə millət vəkili Tahir Mirkişili Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, 2022-ci ilin dekabrın 9-da "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun qəbul edilib.

"İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir",-deyə millət vəkili əlavə edib.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR