İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Tovuz sakinlərinin problemləri ilə bağlı "Azəriqaz"a müraciət edib - FOTOLAR

712 30.07.2015 18:22 Ölkə A A
Millət vəkili Q.Paşayeva Tovuzun bir sıra kəndlərində sakinlərlə görüş zamanı kəndlərdəki "Təzə məhlələr" adlanan, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq kəndlərin genişlənməsi ilə yeni salınan yaşayış yerləri, evlərinin sakinləri onların təbii qazla təmin edilməsi sahəsindəki problemlərin həlli istiqamətində millət vəkilindən  təkrar müvafiq orqanlarla müzakirə aparmasını xahiş ediblər. 

Millət vəkilinin bir neçə dəfə bu məsələni Milli Məclisdə qaldırması, onların müraciətləri əsasında "Azəriqaz" rəhbərliyinə dəfələrlə müraciət etməsi barədə məlumatlı olduqlarını deyiblər və ondan təkrar bu məsələ ilə bağlı onların xahişlərini  müvafiq orqanlara çatdırmağı xahiş ediblər. Onlar bildiriblər ki, sovet illərində evlərinə təbii yanacaq verilmiş ailələr qazla təmin olunduqları halda bir kəndin içərisində onlar bundan məhrumdurlar. 

Maddi vəziyyətləri zəif olduğu üçün öz hesablarına yaşayış məhlələrinə qaz xətti çəkilməsini həll edə bilmədiklərini deyən sakinlər dövlətdən dəstək gözlədiklərini söyləməklə yanaşı indiyədək evlərinə təbii qaz xətti çəkilməmiş ailələrin təbii qazın çəkilişi zamanı sənədləşmə işlərində çətinliklər yaşadıqlarını deyiblər və sənədləşmə məsələlərini həll etmək üçün başqa bölgə və qurumlara getmədən "Azəriqaz"İB-ın rayondakı şöbəsi tərəfindən bütün sənədləşmənin aparılmasının mexanizmlərinin olmasının vacibliyindən danışıblar və millət vəkilindən Milli Məclisdə onların xahişi ilə qaldırdığı bu məsələni yenidən müvafiq orqanlarla təkrar müzakirə etməsini xahiş ediblər. 

Tovuzun Xatınlı kəndində kənd sakinləri ilə görüşdə isə millət vəkili Qənirə Paşayeva sakinləri ilk öncə kəndlərini Tovuz şəhəri ilə birləşdirən avtomobil yolunun surətli tikintisi münasibəti ilə təbrik edib və onları bu istiqamətdə narahat edən ciddi prolemin artıq öz həllini tapdığını söyləyib və bunun cənab Prezidentin onlara diqqət və qayğısının nəticəsi olduğunu vurğulayıb. Kənd sakinləri onların üçün çox böyük bir problem olan yol məsələsinin yüksək səviyyədə həll olunması üçün təşəkkür etdiklərini bildiriblər. 

Millət vəkili Qənirə Paşayeva ilə görüşdə Xatınlı kənd sakinləri ünvanlı sosial yardımla bağlı daha çox müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər kəndə verilən içməli və  əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Sakinlər kəndin ən ciddi probleminin içməli və özəlliklə yay aylarında əkin sahələrini suvarma suyu olduğunu bildirərək millət vəkilindən bu problemin həllində dəstək olmasını xahiş ediblər. 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. 

Prezident İlham Əliyev tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğuna diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını deyib. Millət vəkili Qənirə Paşayeva onların içməli və suvarma su ilə bağlı problemlərini bildiyini, bu barədə artıq müvafiq qurumlara müraciət etdiyini deyib. Millət vəkili Qənirə Paşayeva onların ciddi içməli su problemini Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov ilə 2 dəfə müzakirə etdiyini və problemin həlli üçün kömək göstərilməsini xahiş etdiyini və Azərsu sədrinin bu məsələyə yaxın zamanlarda baxılacağına dair söz verdiyini bildirib. 

Sakinlər kəndin məktəb binasının təhsil üçün lazımi səviyyədə olmaması və yeni məktəb binasına ehtiyac olması,millət vəkili Q.Paşayevanın bununla bağlı Baş nazir və Təhsil nazirinə müraciətindən xəbərdar olduqlarını, bu məsələnin yaxın zamanlarda öz həllini tapması üçün bir millət vəkili olaraq müvafiq qurumlara təkrar müraciət etmələrini xahiş ediblər. 

Millət vəkili onlara bu istiqamətdə bir neçə dəfə müraziət etdiyini və təkrar müraziət edəcəyinə və xahiş edəcəyinəə söz verib. Millət vəkili Xatınlıda bir çox xəstələrin vəziyyəti ilə də maraqlanıb və bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. 

Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağın deyib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. 

Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. Bəzi imkansız ailələri də ziyarət edən millət vəkili Qənirə Paşayeva onların qayğıları ilə maraqlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR