İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Rusiya və Azərbaycan arasında pul köçrümələri azalacaq"

629 14.03.2022 16:44 İqtisadiyyat A A

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, bank sisteminin SWIFT-dən çıxarılması və ölkədə hesablaşmalara qoyulan məhdudiyyətlər fonunda (ay ərzində Rusiyadan 10 min dollardan çox nağd vəsait çıxarmaq qadağası və hesablaşmalara 5 min dollarlıq məhdudiyyət – red.) Azərbaycana Rusiyadan göndəriləcək pul vəsaitlərinin həcminin azalması gözlənilir.

Bunu "APA-Economics"ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycandan Rusiyaya 1,2 mlrd. dollar həcmində pul köçürmələri həyata keçirilib ki, bu il sözügedən göstəricinin də azalması gözlənilir.

"Hər iki ölkə daha çox daxili ödəniş proqramlarından istifadə edərək ödənişləri həyata keçirə bilər. Belə ki, sanksiyaların dairəsi genişlənir. Bunu nəzərə alaraq, Rusiyanın tətbiq etdiyi daxili ödəniş proqramları ilə Azərbaycan banklarının əməkdaşlıq qurması vacibdir", - deputat qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR