İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Qərbi azərbaycanlılara qarşı deportasiya deyil, soyqırım törədilib”

555 12.01.2023 15:04 Siyasət A A


Xəbər verdiyimiz kimi Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə müraciət edərək, hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edib.

Mövzu ilə bağlı millət vəkili Elman Məmmədov Musavat.com-a danışıb. Deputat qeyd edib ki, zamanında Qərbi azərbaycanlılara qarşı deportasiya deyil, soyqırım törədilib:

“Bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyev həm Qərbi Azərbaycan İcması ilə görüşündə, həm də televiziyalara verdiyi müsahibəsində fikrini bildirib. Burada söhbət nədən gedir? Həmin torpaqlar bizim qədim, ata-baba yurdlarımızdır. O torpaqlardan  insanlarımız zorla qovulub, öldürülüb, yandırılıblar. İndi bunun adını deportasiya adlandırırlar. Amma bu, deportasiya deyil, azərbaycanlılara qarşı soyqırımdır. Yəni dilinə, dininə, irqinə görə onlar yaşadıqları ərazilərdən zorla qovulub, öldürülüblər. İndi həmin  insanlardan sağ qalanlar və onların nəsli, nəvə-nəticələri doğma torpaqları, yurd-yuvalarına, ev-eşiklərinə qayıtmaq istəyirlər. Bu, bütün beynəlxalq hüquq normalarına uyğundur və bu insanların haqlarıdır.

elman_mammadov_deputat_200917.jpg (50 KB)

İndi ermənilər deyirlər ki, guya Azərbaycan müharibə edib, o ərazilərə girib, insanları ora qaytarmaq istəyir. Əlbəttə ki, bu, absurd fikirdir. Biz dinc, qayda-qanuna əsaslanan yolla ora qayıtmaq istəyirik. Ermənistan hökumətindən də tələb olunur ki, bizim insanların təhlükəsizliyi təmin edilsin, şərait yaradılsın, onlar da öz torpaqlarına geri qayıtsın, necə ki, Qarabağ ərazisində ermənilər yaşayır. Prezidentimiz də qeyd edib ki,  həmin ermənilər bizim qanunlara tabe olub, vətəndaşlığımızı qəbul etsələr, onların təhlükəsizliyi təmin ediləcək,  yaşayış şəraitləri də yüksək səviyyədə olacaq. Tabe olmayan, vətəndaşlığımızı qəbul etməyənlər üçün yol açıqdır, hara istəyirləsə gedə bilərlər. Onsuz da ermənilərin tarixən vətəni olmayıb, onlar harada yer tapıblarsa, orada da məskunlaşıblar.

Beləliklə Qərbi Azərbaycandan olan soydaşlarımzın tələbi haqlı, hüquqi, ədalətlidir. Əgər Ermənistan haqq-hüquqdan danışırlarsa, bu insanların öz ata-baba yuvalarına geri qayıtmasına şərait yaratsın”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR