İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat “Planet Parni iz Baku”nun iştirakçılarını tənqid etdi: "Murad və Vado Baləli səviyyəsindədirlər"

1803 24.05.2024 01:08 Ölkə A A

Deputat Etibar Əliyev “Planet Parni iz Baku”nun iştirakçılarını sərt tənqid edib.

Musavat.com bildirir ki, millət vəkili öz Facebook səhifəsində qeyd edib:

“Planet Parni iz Baku”nun iştirakçıları cəmiyyətə həm də intellektuallar kimi təqdim olunublar.

Dünən “Xəzər axşam”da Baləlidən götürülən intervyüdən gördüm ki, Murad və Vado kimilər Baləli səviyyəsində olan adamlardır. Bu adamların hələ indiyə qədər bir intellektual verilişlə bağlı layihələrini görməmişik. Narsistlər cəmiyyəti ələ salırlar. COP29 -la əlaqədar hər gün mütəxəssləri danışdırmaq lazımdır. Sonra deyirlər ki, televiziyalara baxan yoxdur.

Bəhramın isə mövzusu kəndçi, şəhərli söhbətidir. Mənasız və məzmunsuz kitablar yazır. Mütaliə olmadığından çox primitiv kitablardır".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR