İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat müharibə iştirakçılarına xatirə hədiyyələri bağışlayıb - FOTO

421 08.07.2022 10:48 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qovlar şəhərindən və şəhərə bitişik kəndlərdən olan qazilər, müharibə iştirakçıları və onların ailələri ilə görüşüb.

Hər bir görüş iştirakçısının toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Ən müxtəlif mövzular üzrə müraciət edən görüş iştirakçılarının qayğıları ilə yaxından maraqlanan millət vəkili müvafiq qaydada əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb, iş, yol, su, qaz, mülkiyyət hüququnun sənədləşdiriməsi, əlillik təyini və s. ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanmasını xahiş edib.

Deputat qazilərə, müharibə iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR