İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat hökumət qarşısında uşaqpulu ilə bağlı məsələ qaldırdı

1194 13.11.2018 17:08 Gündəm A A

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı tikintiyə icazə alınması üçün müddətin 30-35 günə endirilməsini, özəl şirkətlərə texniki şərtlərin verilməsi müddətinin azaldılmasını və tələb olunan rüsumların tamamilə ləğv edilməsini təklif etdi.

O, dedi ki, bu addımlar atılsa, Azərbaycan dünya reytinqində ilk beşliyə qədər irəliləyə bilər. F.Ağamalı bank sistemində ciddi islahatlara ehtiyac olduğunu da bildirdi.

Deputat uşaqlı ailələrlə bağlı da məsələ qaldırdı: “Uşaqlara verilən birdəfəlik müavinatın miqdarı 150 manatdan 200 manata qədər artırılsa, yaxşı olar. Eyni zamanda davamlı müavinətin verilməsi də stimullaşdırıcı rol oynayar, üstəlik, müəyyən problemlərin həllinə kömək etmiş olar”.

E.PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR