İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Hərbçi ailələri üçün müavinətdən başqa stimullaşdırıcı yollar tapmalıyıq”

396 28.12.2020 12:49 Ölkə A A


Milli Məclisdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, müzakirə əsnasında çıxış edən deputat Fazil Mustafa hərbçi övladlarına müavinətlərin verilməsini təqdir edib. Deputat qeyd edib ki, həmin ailələrlə bağlı digər addımların atılmasını da zəruridir:
“Bakıda, rahat yerlərdə xidmət edən hərbçiləri nəzərdə tutmuram: “Söhbət səngərdə, bölgələrdə əziyyət çəkən, kirayələrdə yaşayan, uşağına normal təhsil verə bilməyən hərbçilərdən gedir”,-deyə F.Mustafa söyləyib.

Deputat qeyd edib ki, söhbət müavinətdən getmir, ümumiyyətlə, infrastrukturu yaxşılaşdırmalıyıq: “Uşaqların mədəni, əqli, intellektual inkişafı həllini tapmalıdır. O ailələr yüksək səviyyədə təmin olunanda hərbçi peşəsinə bağlanan insanların sayı daha çox olacaq. Ona görə də biz hərbçi ailələri, hərbçi uşaqları üçün müavinətdən başqa stimullaşdırıcı yollar tapmalıyıq. Unutmayaq ki, biz Qarabağda müharibəni udmuşuq, amma dünya erməniçiliyinə hələ qalib gəlməmişik”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR