İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Emin Hacıyev: Seçkilərin qərəzli şəkildə boykotu növbəti siyasi manipulyasiyadır

457 21.12.2023 11:09 Siyasət A A

"Məlum olduğu kimi növbəti ilin fevral ayının 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Hesab edirəm ki, bu siyasi partiyaların iştirakı üçün uyğun fürsətdir. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunması ilə seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb."

Musavat.com xəbər verir ki, bu sözləri Deputat Emin Hacıyev deyib.

O, bildirib ki, bəzi radikal müxalifət nümayəndələrinin seçkiləri qərəzli şəkildə “boykot” etməsi prinsipial mövqeyin nümayişi deyil, növbəti siyasi manipulyasiyadır: "Bildiyiniz kimi siyasi partiyaların əsas funksiyası, məqsədi seçkilərdə iştirak etmək və siyasi hakimiyyətə gəlməkdir. İllərdir fəaliyyət göstərdiklərinə baxmayaraq  5 min üzv toplamaqda böyük çətinlik çəkən və ötən illər ərzində bütün etibarını itirmiş radikal siyasi qüvvələr öz zəifliklərini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Məntiqi düşüncə və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir. Radikal təfəkkürün əsasında dayanan yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillərdir."

Deputat qeyd edib ki, radikal müxalifətin təxribatlarına baxmayaraq ölkəmizdə mövcud olan iqtidar-xalq birliyi öz sabitliyini qoruyur: "Təkcə ölkəmizdə deyil, beynəlxalq arenada da Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin alternativi olmadığı hər kəsə məlumdur. Əminəm ki, bu seçkilərdə də xalqımız azad siyasi iradəsini ortaya qoyaraq, Müzəffər Ali Baş Komandanımızı dəstəkləyəcək, Azərbaycanın rifahı naminə cənab İlham Əliyevə səs verəcək!".

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR