İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratların lideri Trampı “Twitter”də yazmağı dayandırmağa çağırıb

520 25.10.2017 09:55 Dünya A A

ABŞ Senatındakı demokratların lideri Çak Şumer prezident Donald Trampı “Twitter”də yazmağı dayandırmağa və amerikalıların problemlərini həll etməyə başlamağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ç.Şumer jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Tramp “Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır. Biz bu prezidentdə liderlik müşahidə etmirik. Onun işi-gücü ancaq “Twitter”də yazmaq və problemləri qabartmaqdır. Amerikalılar istəmirlər bunu”, - deyə o jurnalistlərə bildirib.

“İstərdik ki, prezident çoxsaylı düşmən axtarmaqdansa, amerikalıların problemlərini həll etməyə başlamasın”, - deyə Şumer qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR