İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratların Ayovada keçrilən ilkin seçkilərində homoseksualist namizəd qalib gəldi

610 05.02.2020 18:43 Dünya A A

ABŞ-ın Demokrat partiyası yalnız bir gündən sonra, Ayova ştatında keçrilən partiyadaxili seçkilərin (ABŞ siyasi sistemində kokus adlanır) nəticələrini açıqlayıb.

Qeyd etmək lazımdır ki, 2000-ci ildən bu yana Ayovada qalib gələn bütün siyasətçilər sonradan partiyanın prezident seçkilərində vahid namizədi olublar.

“The Economist” qəzetinin yazıdğına görə, fevral ayının 3-də keçrilən seçkilər demokratlar üçün əsl fiaskoya çevrilib. Belə ki, seçkidə səslərin hesablanması zamanı tətbiq olunan yeni qaydalar (ilk dəfə bir deyil, 3 əsas namizədin qalib kimi göstəriləcəyi bildirilib-red.), habelə kompüter proqramındakı nasazlıqlar nəticələrin açıqlanmasını ən azı bir gün gecikdirib.

Məlum olduğu kimi, müxalifət partiyasında əsas namizədlər senator Berni Sanders, Saut-Bend şəhərinin keçmiş meri, keçmiş kəşfiyyat zabiti Pit Butticiç, keçmiş vitse-prezident Co Bayden, Massaçussets ştattından senator Elizabet Uorren və Minnessota ştatından senator Emi Klobuşar hesab olunur.

Demokratların ilkin seçkilərin nəticələrində gecikmə yaşanması rəqibləri, xüsusilə prezident Donald Trampın məsxərə obyektinə çevrilib. Dövlət başçısı tvitter hesabında müxalif partiyanın iqtidarda olarkən də heç bir işi görə bilmədiyini yazıb.

Demokrat partiyasının Ayova təşkilatının sədri Troy Prays isə buna görə partiyadaşlarından üzr istəyib. O, proqram kodlaşdırmasında səhv olduğunu boynuna alaaraq, hər şeyə rəğmən nəticələrin düzgünlüyünə hər kəsi əmin olmağa çağırıb.
Bəzi namizədlər nəticələri gözləmədən artıq özlərini qalib elan etməyə başlayıblar. Məsələn, senator Berni Sandersin qərargahı onun 29,7% səs topladığını elan edib. Lakin səslərin 71%-i sayıldıqdan sonra gözlənilməz sonuc ortaya çıxıb. Belə ki, artıq yarışda ən gənc namizəd Pit Butticiç 26,7% səslə önə çıxıb. Berni Sanders 25,2%, Elizabet Uorren 18,4% səs toplyıb. Keçmiş vitse-prezident və Donald Trampın əsas rəqibi hesab olunan Co Bayden isə cəmi 15,4% dəstəyə malik olub.
Buttuciç bu kampaniyada ən qeyri-adi namizəd sayıır. Onun 38 yaşı var və ABŞ silahlı qüvvələri tərkibində hərbi-dəniz kəşfiyyat zabiti kimi qulluq edib. Pit Butticiç Əfqanıstanda da xidmət edib.

Onunla bağlı ən maraqlı məlumat açıq gey, yəni homoseksualist olmasıdır. Pit Butticiçin məktəb müəllimi Çasten Qlezman adlı “əri” də var.

Demokrat partiyasında bu ay Nyu-Hempşir, Nevada və Cənubi Karolina ştatlarında praymeriz keçiriləcək.

Mart ayının 3-də isə namizədi böyük ölçüdə müəyyənləşdirəcək, 15 ştatda baş tutması gözlənilən “super şərşənbə axşamı” seçkiləri olacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR