İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratiyanın vəziyyəti baxımından Azərbaycan "avtoritar rejim" kimi təsnif edilib

1110 25.03.2013 20:08 Son xəbər A A

AZƏRBAYCAN 165 ÖLKƏ ARASINDA 139-CU YERDƏ OLDU

Economist İntellegence Unit özünün yeni yayılan illik hesabatında Azərbaycanı avtoritar rejimli ölkələr sırasına qoyub.

Dünyanın 165 ölkəsində demokratiyanın 2012-ci ildəki vəziyyətini öyrənən təşkilat “Demokratiya İndeksi 2012” adlı hesabat hazırlayıb. Sənəddə ölkələr demokratiyanın vəziyyətinə görə 4 qrupa bölünür: Tam demokratik ölkələr, qüsurlu demokratiyası olan ölkələr, hibrid rejimli ölkələr və ən sonda avtoritar rejimli ölkələr.

Sənəd müəllifləri Azərbaycanın avtoritar rejimli ölkələr, Ermənistan və Gürcüstanın isə hybrid rejimli ölkələr sırasında olduğunu qeyd edirlıər.

Sənədə görə Azərbaycan demokratiyanın vəziyyəti sarıdan 165 ölkə arasında 139-cudur. Azərbaycan bu mövqeyi ilə Qambiya, Oman, Qatar kimi ərəb ölkələrindən də geridə göstərilir. Azərbaycanın qonşularından olan Gürcüstan 93-cü, Ermənistan 114-cü, Rusiya 122-ci, Türkmənistan 161-ci sırada göstərilir.

ƏN PİSİ HÖKUMƏTİN FUNSİONALLIĞIDIR

Hesabatda demokratiyanın səviyyəsi beş müxtəlif sahədə vəziyyət əsasında qiymətləndirilir: seçki prosesi və pluralizm,  vətəndaş azadlıqları, hökumətin funksionallığı, siyasətdə iştirak və siyasi mədəniyyət.

Müəlliflərə görə Azərbaycanda beş kateqoriya içərisində nisbətən vətəndaş azadlıqlarının səviyyəsi yaxşıdır. Ən aşağı vəziyyət isə hökumətin funksionallığındadır.

Müəlliflər qeyd edirlər ki, Azərbaycanda demokratiyanın vəziyyəti 2006-cı ildən bəri pisləşir. 2006-cı ildə Azərbaycanın Demokratiya indeksi 3.31 bal, 2012-ci ildə isə daha aşağı – 3.15 bal olub (azadliq.org).

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR