İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratiya və İnsan Haqları Mərkəzi Müsavat başqanı ilə görüşdü - FOTOLAR - (yeniləndi)

1343 13.01.2015 15:10 Siyasət A A
Müsavat Partiyasının qərargahında Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərləri ev sahibi təşkilatın başqanı ilə görüşüblər. 

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, tədbirdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat  Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, AXP lideri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak edirlər. 

Tədbirin ölkədə və dünyada baş verən son hadisələr, eləcə də qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar olduğu bildirilir. 

Toplantı başa çatdıqdan sonra iştirakçılar görüşün detalları barədə mətbuata açıqlama veriblər.

Müsavat başqanı Arif Hacılı musavat.com-a tədbir barədə bunları deyib: “8 siyasi partiya seçki öncəsi əməkdaşlıq barədə niyyət protokolu imzalayıb. Hal-hazırda bu qurumlar digər siyasi partiyalarla da müzakirələr aparır. Bu çərçivədə onlar bu gün Müsavat Partiyasının qərargahına gələrək bizimlə görüşdülər. Seçki öncəsi funksional əməkdaşlıq barədə öz düşüncələrini diqqətimizə çatdırdılar. Qəbul etdikləri bəyannaməni bizə təqdim etdilər. Müsavat Partiyasında bu məsələlər müzakirə olunacaq və müvafiq cavab veriləcək”.
DİHM rəhbəri Mirmahmud Mirəlioğlu toplantı barədə yaxın günlərdə mətbuata geniş açıqlama veriləcəyini bildirib.
AXP lideri Pənah Hüseyn bu cür tədbirlərin davamlı olacağını söylədi: “2015-ci il seçkiləri ilə bağlı bir qrup siyasi partiya digər qurumlarla məsləhətləşmələr aparır. Bu gün Müsavat başqanı Arif Hacılı ilə görüşdük. Fikir mübadiləsi aparıldı. Məsləhətləşmələrin davam etdirilməsi qərara alındı. Yanvarın 14-də isə Ümid, ADP, Ədalət, İslam, Yaşıllar partiyaları ilə görüş olacaq”.
AXP lideri seçkiqabağı hər hansı blokun yaranması ilə bağlı indidən danışmağın tez olduğunu da qeyd etdi.


Cavanşir ABBASLI,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR