İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokrat partiyasına bombalı məktublar göndərən adam Rusiya tərəfdarı çıxdı

1147 29.10.2018 18:03 Gündəm A A

Demokrat partiyasının önəmli fiqurlarının evlərinə bombalı paketlər göndərən Sezar Sayokun əməlli-başlı Rusiya tərəfdarı olduğu ortaya çıxıb.

“The Washington Post” qəzetindən Kreyq Timberq və Toni Rommun yazdığına görə, Sezar Sayokun “Facebook” sosial şəbəkəsindəki statusları bunu söyləməyə əsas verir. Burada Sayok dəfələrlə “rus qardaşları” haqqında statuslar paylaşıb.

Sezar Sayok “Tvitter”dəki “hardrockintlent” adlı hesabı vasitəsilə Putini göylərə çıxaran mesajlar yazıb. Ümumiyyətlə, Sezar Sayokun Amerikada yaşayan ruslarla yaxın münasibətləri diqqət cəlb edib. Onun paylaşdığı şəkillərdə Nyu Yorkun Bruklin rayonunda rus əsilli insanlarla çəkdirdiyi fotolar var.

2016-cı ldə isə Sezar Sayok İranın ingilisdilli “Əl-Ələm” adlı dövlət kanalından verilən xəbərləri öz hesabında paylaşmaqla məşğul olub.

2016-cı ilin sentyabrında, hələ Donald Tramp və Hillari Klinton arasında seçki mübarizəsinin ən qızğın çağında o, Nyu-Yorkun Çelsi rayonunda baş verən terror aktı ilə əlaqədar belə bir yazı yazıbmış: “Bu gün Hillari Klinton terrorizmdən daha pisdir. Onlar Amerikanın qapılarını terror hücumları üçün açıblar. Biz Obamanın etdiyi kimi amerikalılara zərər vura bilmərik. Amerika torpaqlarında Obama və Klintonlar dövrünə qədər bu qədər terror aktı olmamışdı..."

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR