İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmiryol stansiyasında vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar

359 16.12.2022 13:09 Kriminal A A

Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Musavat.com-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR