İnsanlara hürriyət, millətlərə istiqlal!

Demirtaş və Yüksekdağ prokurorluğun həbs tələbi ilə hakim qarşısına çıxarıldılar

1449 04.11.2016 17:35 Son xəbər A A
Türkiyənin Diyarbəkir vilayətindəki evində saxlanılan və ədliyyəyə göndərilən HDP həmsədri Səlahəddin Dəmirtaş həbs tələbi ilə məhkəməyə göndərilib.

Avropa.info xəbər verir ki, ədliyyəyə gətirilən Dəmirtaş prokurorluqda ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə göndərilib.

Haqqında ən çox istintaq materialı olan HDP İstanbul millət vəkili və partiyanın həmsədri Səlahəddin Dəmirtaşın iddianaməsində “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “terror təşkilatı üzvü olmaq”, “silahlı terror təşkilatına üzv olmaq” və “təşkilatın adından cinayət törətmək” kimi maddələr var.

Bu gün gecə saatlarında Ankarada saxlanılan HDP həmsədri Figen Yüksekdağ da Diyarbəkirdə prokurorluğun həbs tələbi ilə hakim qarşısına çıxarılıb.

Əldə olunan məlumata görə Yüksekdağ da cinayət törətmək məqsədilə təşkilat qurmaq, terror təşkilatının təbliğatını aparmaq, cinayət işləməyə açıq-aşkar təhrik etmək, Türkiyə cümhuriyyətinin hökumətini, dövlətini, məhkəmə orqanlarını, hərbi və hüquq mühafizə orqanlarını açıq-aşkar alçaltmaq, dövlətin birliyi və ölkənin bütövlüyünü pozmaq, cinayəti və cinayətkarları tərifləməkdə ittiham olunur.

Saxlanılan digər millət vəkilləri Sırrı Sürəyya Öndər, Gülsər Yıldırım, Səlma İrmak da hakim qarşısına çıxarılıblar.

Saxlanılan digər millət vəkilləri Abdullah Zeydanın, Nihat Akdoğanın, İmam Taşçıerin, Nursel Aydoğanın, Fərhad Encümün, Leyla Birlikin isə istintaq prosesləri davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR