İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşıma azalıb

908 20.02.2016 14:14 Ölkə A A
Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 1,4 mln. ton yük, 157,8 min sərnişin daşınıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,1% və 19,3% azalma müşahidə olunub. Orta hesabla sutkada 342 vaqon yüklənib, 331 vaqon isə boşaldılıb.

Bu, Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir. Belə ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,0 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında daşınmış yüklərin həcmi 423,6 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,7% azalıb. Yüklərin 38,6%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 639,0 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 570,4 min tonunu və ya 89,3%-ni tranzit yüklər təşkil edib.
2016-cı il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 6,9 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 42,9% artaraq 1,0 min nəfər olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR