Səbuhi Rəhimli: “Ola bilər ki, mənim proqnozuma rast gəlib”
Türkiyəli müğənni Demet Akalın “Survivor Panorama” proqramının aparıcısı Hakan Hatipoğlunun İnstaqramdakı səhifəsi ilə birgə canlı yayım edib. Axşam.az saytının məlumatına görə, koronavirus təhlükəsindən danışan sənətçi pandemiyanın bitmə tarixini öyrənmək üçün müxtəlif yollara əl atdığını deyib:
“Ay sonuna qədər hər şey yaxşı olacaq. Soruşmadığım astroloq qalmayıb. Bakıdakı astroloqlardan belə soruşmuşam. Hamısı 15 mayda müsbət bir şeyin olacağını dedilər. 20 il bundan əvvəlki falçı tanışıma belə zəng etmişəm”.
Qeyd edək ki, türkiyəli müğənninin bu açıqlaması ölkəmizdə də maraq qarşılanıb. Bəs Demet Akalın hansı azərbaycanlı astroloqa müraciət edib?
Məsələ ilə bağlı Musavat.com tanınmış astroloq Səbuhi Rəhimlinin rəyini öyrənməyə çalışıb. Astorloq müğənnini tanımdığını bildirdi: “Koronavirus proqnozu ilə bağlı heç bir türk müğənnisi mənə müraciət etməyib. İnanmıram ki, Demet Akalın astroloq Firuddin Qurbansoyla da əlaqə saxlamış olsun.
Ola bilər ki, müğənni mənim aprelin 17-də Musavat.com-a verdiyim açıqlamaya rast gəlib. Açıqlamamda bildirmişdim ki, ölkədə mayı ayının ikinci yarısından sonra vəziyyət yaxşılığa doğru gedəcək”.
Xatırladaq ki, astroloq Səbuhi Rəhimli koronavirus pandemiyasnın bitməsi ilə bağlı aşağıdakı proqnozu bildirmişdi:
“Pandemiyanın nə zaman bitəcəyi ilə bağlı proqnoza gəldikdə, iradəli məsələləri proqnozlaşdırmaq olmur. Yalnız gedişatla bağlı hadisələri izləyərək demək olar ki, Azərbaycanda may ayında koronavirus bitəcək. Mayın ikinci yarısında qismən də olsa, karantin rejimi aradan götürüləcək. Ola bilsin ki, məktəblər açılmayacaq, amma bir daha qeyd edirəm ki, may ayının ikinci yarısında “Evdə qal” kampaniyası başa çatacaq”.
Xalidə Gəray
Musavat.com






