İnsanlara hürriyət, millətlərə istiqlal!

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

993 11.05.2017 12:23 Kriminal A A

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, A.Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib.

Hüquq mühafizə orqanları tərəfindən saxlanılan A.Əliyevin barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR