İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli yanğında dünyasını dəyişənlərin şəxsiyyəti müəyyənləşdirilir - FOTOLAR

3058 02.03.2018 12:11 Son xəbər A A

Narkoloji Mərkəzdəki yanğında dünyasını dəyişənlər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosundadır.

Musavat.com-un əməkdaşı xəbər verir ki, Patoloji Anatomiya Bürosuna Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları da gəlib.

Hazırda Baş Prokurorluğun əməkdaşları ilə birlikdə meyitlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, gətirilən meyitlərin əksəriyyəti tanınmaz halda olub. Patoloji Anatomiya Bürosuna gələn təcili yardım maşınlarında bir neçə meyit olub.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR