İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏTL: Boşanmaq istəməyən 22 yaşlı gənc qayınanasını öldürdü, qayınatasını isə ...

1314 11.03.2023 17:02 Kriminal A A

Türkiyədə həyat yoldaşı ilə mübahisə edən kişi dəhşətə saçıb.

Musavat.com xəbər verir ki, mübahisə davaya çevrildikdən sonra qayınanasını bıçaqla öldürüb, qayınatasını isə ağır yaralayıb.

Dava zamanı həyat yoldaşı evdən qaçaraq polisə xəbər verib. Hadisə yerindən qaçan 22 yaşlı gənc isə daha sonra cinayət silahı ilə birlikdə yaxalanıb.

19 yaşlı Fadime E. əri Mehmet E. ilə ayrılmaq qərarına gəlib və valideynlərinin evinə məskunlaşıb. Həyat yoldaşından boşanmaq istəməyən Mehmet E. onunla yenidən söhbət etmək üçün qayınana və qayınatasının qaldığı evə gəlib.

Söhbət zamanı mübahisə yaranıb. Mübahisə nəticəsində Mehmet E. əlindəki bıçaqla qayınanası Sabriye Karakayanı və qayınatası Mehmet Karakayanı müxtəlif yerlərdən bıçaqlayıb. Həyat yoldaşı Fadime E. isə dava baş verən anda evdən qaçıb.

Manisa'da damat dehşeti: Kayınvalidesini öldürdü, kayınbabasını ağır yaraladı

Yaralı Mehmet Karakayanın müalicəsinin davam etdiyi və həyatının təhlükədə olduğu öyrənilib. Qayınanası Sabriye Karakayanı və qayınatası Mehmet Karakayanı bıçaqlayaraq hadisə yerindən qaçan kürəkən şübhəli Mehmet E. isə saxlanılıb.

Şübhəlinin polis əməliyyatlarının ardından ədliyyəyə sövq ediləcəyi bildirilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR