Dəhşətli istilər gəlir: 1 nəfər öldü, 460 nəfəri gün vurdu
Yaponiya ərazisində kəskin istiləşmə nəticəsində 1 nəfər həlak olub. 460 nəfərdən artıq adam isə günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin funksiyalarını yerinə yetirən Yaponiya Dövlət Yanğın İdarəsindən bildiriblər.
Yaponiyanın Xonsuyu adasının mərkəzi hissəsində artıq ikinci gündür ki, 30 dərəcə isti müşhaidə olunur. Tatebayasi şəhərində isə temperatur 36,3 dərəcəyə yüksəlib.
Səhyyə Nazirliyi vətəndaşlara günəşli havada çox olmamaq, baş geyimlərindən istifadə etmək və çoxlu maye qəbul etməyi məsləhət görüb.
Ötən il anomal istilərə görə Yaponiyada 200 nəfərdən artıq adam həlak olub, 40 min nəfər xəstəxanaya yerləşdirilib.
Yerli meteorololar bu il də ölkə ərazisində analoji isti hava .əraitinin hökm sürəcəyini bildirib.






