İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Ukraynalı avtomatla Putinin sarayına girdi - Bütün Kreml AYAQDA! CANLI

1481 04.04.2024 13:30 Siyasət A A

Moskvada bir şəxs əlində avtomatla Rusiya Prezident Administrasiyasının binasına daxil olub. “Baza” teleqram kanalının məlumatına görə, o, İlyinkadakı binanın vestibülündə FSO əməkdaşları tərəfindən bloklanıb. Bundan sonra hadisə yerinə gələn polis cinayətkarı saxlayıb.

Adamın əlindəki avtomat oyuncaq olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin kimliyini də müəyyən ediblər. O əslən Ukraynadan olan 69 yaşlı Viktor Krasivskidir.
Saxlanılan şəxs izah edib ki, 15 ildir ki, Rusiya prezidenti tərəfindən qəbul olunmağa çalışsa da, ona daim rədd cavabı verilir. Bu gün o, növbəti dəfə dövlətin başçısı ilə şəxsi qəbulda iştirak etmək qərarına gəlib. Bu sözlərdən sonra polis psixiatrik yardım çağırıb və təqaüdçü müvafiq müəssisəyə aparılıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR