Dünyaca məşhur müğənni Ledi Qaqa yeni etirafları ilə hər kəsi şoka salıb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, adı "Ginnesin rekordlar kitabı"na düşən, "Brit" və "Grammy" kimi saysız-hesabsız mükafatlara layiq görülən Ledi Qaqa antipsixotik dərmanlar qəbul etdiyini etiraf edib.
Məşhur radio aparıcısı Zane Lovun proqramında iştirak edən müğənni mütəmadi olaraq psixotik dərmanlar qəbul etdiyini, lakin bir çox hallarda beynini idarə edə bilmədiyini deyib:
"Həmişə beynimi idarə edə bilmirəm. Buna görə də tez-tez psixotik dərmanlar qəbul edirəm. Həmin dərmanlar şizofreniya və əqli çatışmamazlığın müalicəsində də istifadə olunur.
Əqli problemlərimin olduğunu və bu vəziyyətin bir insan kimi məni disfunksiyalı hala gətirdiyini bilirəm".
Ledi Qaqa 19 yaşında təcavüzə məruz qaldığı üçün bu vəziyyətə gəldiyini də xatırladıb.
Qeyd edək ki, Ledi Qaqa ötən il "Oprah Winfrey"ə verdiyi müsahibəsində 19 yaşında dəfələrlə təcavüzə məruz qaldığını açıqlamışdı.
Xalidə Gəray
Musavat.com






