İnsanlara hürriyət, millətlərə istiqlal!

'Dedik saxla, bəlkə ölən var, qazı basıb getdi' - sürücü qəza törədib qaçdı - VİDEO

1968 05.10.2016 16:28 Hadisə A A

Ötən gecə Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, aeroport yolunda Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısında hərəkət edən “VAZ 21015” markalı avtomobilə çırpılıb. Qəza zamanı “VAZ” markalı avtomobildə olan sərnişinlər - 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarətlər alıblar.

Yaralılara ilkin yardımı hadisə şahidləri göstəriblər. Hadisə şahidlərinin sözlərinə görə  "Mercedes"in sürücüsü saxla sözünə əhəmiyyət verməyərək ərazidən sürətlə uzaqlaşıb.

Hadisə şahidi - "Mən Əzizbəyov yolu ilə gəlirdim. Bir dənə qara rəng dörd göz qabaqda gedirdi. Dörd göz maşını vurdu və bu çevrildi. Vuran da əksinə fırlanıb dəydi dəmirlərə. Sonra onlar yerə düşəndə dörd gözün içindən bir adam da düşdü. İndi o burdadı. Ancaq özünü bildirmir. Mən onu bilirəm. Ama təxmini bilmirəm hansıdı. Dörd göz daha sonra fırlandı. Dedik saxla bəlkə ölən var? Amma qazı basıb getdi".

Daha sonra xəsarət alanlar xəstəxanaya aparılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən “Mercedes”in sürücüsü ərazidən qaçıb. Yol polisi əməkdaşları hadisə yerindən qaçan sürücünün kimliyini müəyyən ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR