İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dedi ki, işin üstü açılsa axırı pis olacaq” - Yeznə və qayın usta kimi getdikləri evi yardılar - VİDEO

1292 26.09.2017 14:25 Kriminal A A

Abşeron sakini Xatirə Cəfərova polis idarəsinə müraciət edərək Xırdalan şəhərindəki yaşayış komplekslərinin birində yerləşən evindən içərisində 500 manat, 200 ABŞ dolları, 2 min manat dəyərində bir cüt qızıl sırğa və sənədləri olan seyf oğurlandığını bildirib.

ARB TV xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğrular mənzilə açarseçmə üsulu ilə daxil olublar.

Polis əvvəllər Xatirə Cəfərovanın mənzilində usta kimi işləyən Toğrul Əmirəhmədov və onun qaynı İnam İsbatovu şübhəli şəxs qismində saxlayıb.

Dindirmə zamanı məlum olub ki, seyfi evdən Toğrul çıxarıb, daha sonra qaynının avtomobili ilə yaşadığı evin həyətinə aparıb.

İnam İsbatov – Saxlanılan şəxs: “İçəri girən kimi liftin qabağında dedi ki, burada gözlə gəlirəm. Getdi çanta ilə gəldi. Toğrulgilə gedəndə qapıda mənə 5 manat verib dedi ki, get kontur al gəl. Gələndə gördüm ki, ortada seyf var, Toğrul onu doğrayır. Dedi ki, bu işin üstü açılsa axırı pis olacaq. Mənə 50 manat verdi. Onun da 20 manatını verdim benzinə, qayıdıb gəldim evə".

Toğrul Əmirəhmədov – Saxlanılan şəxs: “Açar məndə idi. Getdim götürüb açdım. Sonra da tulladıq kanala”.

Polis saxlanılan şəxslərin iştirakı ilə seyfi kanaldan çıxarıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR