İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dedi ki, gəl marixuananı götür, pulu sonra verərsən" - 3 kq narkotiklə saxlanılan şəxs (VİDEO)

902 09.03.2016 15:46 Son xəbər A A
Səbail Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılan paytaxt sakini Aleksandr Batışevdən külli miqdarda narkotik vasitə götürülüb. Aleksandr Batışevi daxil olan məlumat əsasında izləyən polislər onu evində həbs ediblər. Əməliyyatçılar ondan 3 kiloqramdan çox narkotik vasitə sayılan marixuana götürüblər.

Aleksandrın sözlərinə görə, narkotik vasitəni satmaq istəməyib, onu yalnız şəxsi istifadəsi üçün əldə edib.

Aleksandr Batışev - saxlanılan şəxs: “Həbsdə olanda Cəfər adlı şəxslə tanış oldum. Sonra o mənə zəng vurdu ki, məndə marixuana var. Sata bilməmişəm, gəl verim sənə, pulu sonra verərsən. Satmamışam, özüm istifadə edirəm”.

Aleksandr Batışev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qərarı çıxarılıb. Onun Şirvan şəhərində olan havadarı sayılan Cəfər adlı şəxsin də müəyyən edilməsi istiqamətində iş aparılır (Region TV).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR