İnsanlara hürriyət, millətlərə istiqlal!

Debresen Universitetinin nümayəndəsi ATU-nun qonağı olub - FOTO

Azərbaycan Tibb Universiteti növbəti xarici ali məktəbin nümayəndəsini qəbul edib. Macarıstanın Debresen Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Laszlo Erdey Bakıya səfəri zamanı ATU-da olub.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayevlə görüş zamanı cənab L.Erdey təmsil etdiyi universitet haqqında geniş məlumat verib. Qeyd edib ki, Debresen Universitetinin 27 min tələbəsi var: “Onlardan 5600 nəfəri xarici tələbələrdir. Debresendə 110-dan çox xarici ölkədən tələbə təhsil alır. 4 fakültəsi olan universitetin 7 kampusu fəaliyyət göstərir. 500-dən çox araşdırma laboratoriyalarımız mövcuddur. 80-dən çox ingilis dilli proqramlarla işləyirik”. 2 universitet 2986 çarpayılıq universitet klinikalarımız var”. Laszlo Erdey Debresen Universitetinin nəzdində 2 klinikanın mövcud olduğunu da bildirdi.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev də qonağa Tibb Universitetinin tarixi, fəaliyyəti, təhsil-tədris sistemi haqqında geniş məlumat verdi. Qeyd etdi ki, gələn il 90 yaşını qeyd edəcək ATU ölkədə xarici tələbələrin sayına görə ön sıralardadır: “Universitetimizdə 30 xarici ölkədən, 2000-ə yaxın tələbə təhsil alır. Xarici tələbələrin qeydiyyatı artıq elektron şəkildə, 2 pilləli aparılır. Bir çox xarici ölkə universitetləri ilə mübadilə proqramı əsasında əməkdaşlıq edirik. 5 fakültəsi olan ATU-nu tibb şəhərciyi, 1700 yerlik 6 tələbə yataqxanası var”.

O.İsayev həmçinin 4 universitet klinikası - Tədris Stomatoloji Klinikası, Onkoloji klinika, Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikaları haqqında məlumat verdi. Klinikaların son texnologiyalara uyğun müasir avadanlıqlarla təchiz olunduğunu, burada həmçinin tədris treyninq mərkəzlərinin fəaliyyət göstərdiyini bildidi. Prorektor ali məktəbdə elektron mikroskop, farmokoloji laboratoriya, araşdırma laboratoriyalarının işi barədə də danışdı.

Görüşdə iki universitet arasında əməkdaşlığın istiqamətləri, gələcəkdə imzalanması planlaşdırılan ikitərəfli memorandumun şərtləri barədə fikir mübadiləsi aparıldı. Sonda Debresen Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Laszlo Erdey ATU-nun gələn il keçiriləcək 90 illik yubileyinə dəvət olundu.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, xarici tələbələrlə iş üzrə dekan Qroxmaz Əhmədov da iştirak edirdi.

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR