İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: UEFA Şotlandiya - Ukrayna matçının vaxtını açıqlayıb

912 14.04.2022 19:36 İdman A A

2022-ci il dünya çempionatının pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma iyunun 1-də baş tutacaq. Avropa futbol qurumu bu cütün qalibi ilə Uels arasında Kardiffdə oynanılacaq matçın da vaxtını açıqlayıb. Görüş iyunun 5-də gerçəkləşəcək.

Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR