İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022: İştirakçı ölkələrin hər biri qol vurub, Braziliya qapısını toxunulmaz saxlayıb

1006 03.12.2022 01:37 İdman A A

Qətərdəki dünya çempionatında iştirak edən bütün ölkələrin yığmaları qrup mərhələsində qol vurublar.

"Report" xəbər verir ki, ən yaxşı göstərici hələlik İspaniya və İngiltərə milli komandalarına məxsusdur. Sözügedən kollektivlər mundialda keçirdiyi 3 oyunda hərəyə 9 dəfə fərqlənib.

Uels, Danimarka, Belçika, Qətər və İsveçrə yığmaları cəmi 1 qol imza atıblar. İndiyədək ən çox top buraxan komanda Kosta Rika seçməsidir - 11.

Qrup mərhələsində qapısını toxunulmaz saxlayan yeganə yığma isə Braziliyadır - 3:0.

Qeyd edək ki, mundiala dekabrın 18-də yekun vurulacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR