İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2018: Yaponiya və Kolumbiyanın 1/8 finaldakı rəqibləri müəyyənləşib

3350 29.06.2018 00:05 İdman A A

DÇ-2018-in qrup mərhələsinin 3-cü İngiltərə - Belçika matçı başlayıb.

FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxıb:

İngiltərə: Pikford, Aleksander-Arnold, Cons, Stouns, Kehill, Rouz, Dayer, Delf, Loftus-Çik, Raşford, Vardi

Belçika: Kurtua, Dendonker, Boyata, Vermalen, Şadli, Dembele, Fellayni, Torgan Hazard, Tilemans, Yanuzay, Batşuayi

***

Bu gün keçirilən 4 qarşılaşma ilə futbol üzrə DÇ-2018-in qrup mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, günün son qarşılaşmaları İngiltərə və Belçika, eləcə də Tunis və Panama arasında baş tutub.

Belçika yığması İngiltərə üzərində 1:0 hesablı qələbə qazanaraq qrupda 9 xalla birinci yeri tutub. İngiltərə qrupu ikinci yerdə başa vurub. İndi turnirin 1/8 finalında belçikalılar Yaponiya, ingilislər isə Kolumbiya ilə qarşılaşacaqlar.

Paralel keçən qarşılaşmada Tunis 2:1 hesabı ilə Panamanı məğlub edib. Nəticədə Tunis 3 xalla qrupda 3-cü, çempionatın debütantı Panama isə 0 xalla sonuncu olub.

DÇ-2018 – final mərhələsi. G Qrupu. 3-cü tur

İngiltərə – Belçika – 0:1

Qol: 0:1 – Yanuzay – 51

Panama – Tunis - 1:2

Qollar: 1:0 – Meriya – 33 (avtoqol), 1:1 – Ben Yussef – 51, 1:2 – Hazri – 66

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR