Dayısının evindən oğurluq edən şəxsə 7 illik həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nilufər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il mayın 5-də Bakı şəhər sakini Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlanıb. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, ev sahibinin qohumu Nilufər Əhmədov tutulub. A. Məhərrəmlinin N. Əhmədovun dayısı olduğu məlum olub.






