İnsanlara hürriyət, millətlərə istiqlal!

Davudoğlunun erməni müşaviri: “Özümü daha çox osmanlı kimi hiss edirəm, nəinki erməni...”

1356 27.03.2015 23:49 Region A A


Türkiyə baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Maxçupyan Belçikanın Qent şəhərində “Yeni Türkiyə” adı altında keçirilən seminarda çıxışı zamanı özünü ermənidən çox osmanlı kimi hiss etdiyini deyib. Musavat.com-un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

“Elə də önəmli deyil ki, ermənilər məni satqın adlandıracaq, ya yox. Hər halda, onların arasında da müxtəlif baxışlı adamlar var. Çox mümkündür ki, xeyli erməni elə də adlandıracaq. Ancaq bu, heç bir əhəmiyyət daşımır” – Maxçupyan deyib.

“Mən erməni olduğumu sübut etməyə lüzum görmürəm. Mən özümü daha çox osmanlı kimi hissi edirəm, nəinki erməni. Həm Osmanlı İmperiyasında, həm də ona qədər – Bizans dövründə bu torpaqlarda ermənilər yaşayıb. Və onlar bizim mədəniyyəti yaradıb. Məncə, ən başlıcası – budur. Təəssüf ki, son 10 ildə Türkiyə erməniləri özlərini daha az azad hiss edirlər”, - erməni müşavir qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR