İnsanlara hürriyət, millətlərə istiqlal!

Davudoğlunun erməni müşaviri Öcalanı təriflədi

2027 03.12.2014 17:57 Dünya A A
Türkiyə baş naziri Əhməd Davudoğlunun milliyyətcə erməni olan baş müşaviri Etyen Mahçupyan PKK lideri Abdulla Öcalanı “güclü lider” adlandırıb. Virtualaz.org bildirir ki, bu barədə yerli “Hürriyet” qəzeti yazıb.

Erməni baş müşavirin sözlərinə görə, son on ildə Türkiyədə Öcalan haqda fikir müsbətə doğru çox dəyişib.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl hakim Ədalət və İnkişaf Partiyasında (AKP) Etyen Mahçupyana qarşı etirazlar başlayıb. Buna onun “hakim partiyada rüşvət alanlar var” açıqlaması səbəb olub.

AKP-dən olan millət vəkilləri erməni müşavirin belə bir bəyanatının qəbuledilməz və əxlaqazidd olduğunu bildiriblər.

Onu da qeyd edək ki, baş naziri Əhməd Davudoğlu Etyen Mahçupyanı oktyabrın 25-də özünün baş müşaviri təyin edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR