Davudoğlu: Suriyalıların səsi olmaq üçün dünya liderlərinə məktub yazacağam
Türkiyənin baş naziri Əhməd Davudoğlu suriyalı miqrantların nümayəndələri ilə görüşüb. Davudoğlu bu haqda özünün Twitter hesabından məlumat verib.
Musavat.com xəbər verir ki, Əhməd Davudoğlu Türkiyədəki suriyalı qaçqınların nümayəndələri ilə görüşdüyünü bildirərək, "Suriyalı qardaşlarımız səslərini dünyaya çatdırdı. Artıq onların normal həyata dönmələri lazımdır. Suriyalıların səsi olmaq üçün dünya liderlərinə məktub yazacağam. Türkiyə dünyanın gözlərini yumduğu Suriyadakı insanlıq dramına heç vaxt səssiz qalmayacaq" deyib.
Davudoğlu məsələni gündəmdə saxladıqlarını da qeyd edib: "Görüşümüz zamanı onlardan etirazları dayandırmalarını xahiş etdim. Balaca Aylanın ağrısı hələ də ürəyimizdədir. O gündən bəri mən də, prezidentimiz də dünya liderləri ilə danışıb, məsələni gündəmdə saxlayırıq. Suriyalılara qapısını açan ölkələrə getmək istəyənləri göndərməyə hazırıq. Amma təəssüf ki, bu günə qədər heç bir ölkədən təklif gəlmədi".
Paşa






